Accessibility links

Barak Obama: NATO sammiti Əfqanıstana beynəlxalq dəstəyin göstəricisidir

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama deyir ki, Çikaqodakı NATO sammiti göstərir ki, dünya ictimaiyyəti Əfqanıstanda sülh və inkişafa nail olunması strategiyasını dəstəkləyir.

Əfqanıstan prezidenti Həmid Karzay ilə bərabər dayanan cənab Obama sammit nəzdində çıxış edib. ABŞ prezidentinin ev sahibliyi etdiyi sammitə 50-dən çox ölkənin nümayəndəsi qatılıb. Sammitin gündəliyində başlıca yeri Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi və 2014-cü ildə xarici qüvvələrin bu ölkədən çıxarılmasına hazırlıq tutur.

Cənab Karzay öz növbəsində bildirib ki, Əfqanıstan keçidə və ölkəsinin beynəlxalq icitimaiyyətə yük olmayacağı günə ümidlə baxır.

Günün əvvəlində NATO baş katibi Anders Foq Rasmussen sammit iştirakçlarını əmin edib ki, Fransa qoşunlarının Əfqanıstanı erkən tərk etməsinə baxmayaraq alyans tələsik həmin ölkəni tərk etməyəcək.

XS
SM
MD
LG