Accessibility links

Barak Obama Nikola Sarkozi ilə Fələstinin YUNESKO-ya üzvlüyünü müzakirə edib


Barak Obama Nikola Sarkozi ilə Fələstinin YUNESKO-ya üzvlüyünü müzakirə edib

Barak Obama Nikola Sarkozi ilə Fələstinin YUNESKO-ya üzvlüyünü müzakirə edib

ABŞ prezidenti Barak Obama bu ayın əvvəlində Fələstinin YUNESKO-ya üzv seçilməsini müzakirə etmək üçün Fransa prezidenti Nikola Sarkozi ilə görüşdüyünü bildirib.

Birləşmiş Ştatların dövlət başçısı fransalı həmkarına deyib ki, o, Fransanın verdiyi səsdən təəssüflənib. Prezidentin sözlərinə görə, Fransa belə bir addım baş verəcəyi təqdirdə Vaşinqtonun bu agentliyə maliyyəsini dayandıracağını bilsə də, Fələstin Muxtariyyətinin YUNESKO-ya üzvlüyünün lehinə səs verib.

Daha əvvəl cənab Obama Nikola Sarkozi ilə görüşü zamanı nə barədə danışdığını açıqlamamışdı.Təsadüf nəticəsində görüşdən bəzi səslər qonşu otaqdakı jurnalistlərə çatmışdı.

Jurnalistlər cənab Sarkozinin İsrail baş naziri Benyamin Netanyahunu yalançı adlandıraraq tənqid etdiyini eşitmişdi. Cənab Obama isə ona “Sən Netanyahudan bezə bilərsən, amma mən onunla hər gün işləməliyəm” demişdi.

XS
SM
MD
LG