Accessibility links

Üsama bin Laden ABŞ xüsusi qüvvələri tərəfindən öldürülüb (VİDEO)


Üsama bin Laden ABŞ xüsusi qüvvələri tərəfindən öldürülüb (VİDEO)

Üsama bin Laden ABŞ xüsusi qüvvələri tərəfindən öldürülüb (VİDEO)

ABŞ prezidenti Barak Obama may ayının 1-də yerli vaxtla axşam saat 11:30 radələrində Ağ Evdən Üsama bin Ladenin öldürülməsi barədə açıqlama verib. Cənab Obamanın sözlərinə görə, dünyanın axtarışda olan bir nömrəli terrorçusu, Əl-Qaidə lideri Üsama bin Laden bazar günü Pakistanda gizləndiyi imarətdə "Navy SEAL" adlanan ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən öldürülüb.

Cənab Obama əməliyyatın İslamabadın şimalında yerləşən Abbotabad qəsəbəsində keçirildiyini söyləyib. Prezident Obama çıxışında bildirib ki, ABŞ qüvvələri terrorçu lideri öldürdükdən sonra onun cəsədini götürüblər. Onun verdiyi məlumata görə əməliyyat zamanı bin Laden və evdəki bir neçə başqa adam öldürülüb. Əməliyyat zamanı mülki adamların xəsarət almamasına diqqət yetirilib. ABŞ- tərəfdən itki olmadığı bildirilir.

Cənab Obama missiyanı Əl Qaidanın məğlub edilməsi yolunda ən mühüm nailiyyət adlandıraraq sülhə və insan ləyaqətinə inanan hər kəsin bin Ladenin süqutundan sevinc duymalı olduğunu söyləyib. Prezident Obama bunu da deyib ki, ABŞ müsəlman aleminə və müsəlmanlara qarşı müharibə aparmır. ABŞ-ın mübarizəsinin terrorçulara qarşı olduğunu söyləyən Amerika prezidenti bin Ladenin çoxlu müsəlmanın həlak olmasında rol oynadığını xatırladıb.

Üsama bin Ladenin öldürülüməsi ABŞ-da 2001-ci il, sentyabrın 11-də törədilən dəhşətli terror aktından az qala on il sonraya təsadüf edir. Həmin hücumlarda 3000-ə yaxın adam həlak olmuşdu.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG