Accessibility links

Con Kerri: "Konqresin qərarından asılı olmayaraq Barak Obama qərar vermək səlahiyyətinə malikdir"


John Kerry

John Kerry

ABŞ dövlət katibi Con Kerrinin bildirdiynə görə, müstəqil yoxlamalar keçən həftə Suriya paytaxtı Dəməşqdə mülki vətəndaşlara qarşı hücumda sarin qazından istifadəni təsdiq edib.

Cənab Kerri CNN-ə açıqlamasında hadisə yerindən Birləşmiş Ştatların təqdim oluann saç və qan nümunələrinin yoxlanışı hücum zamanı sarin qazından istifadəni aşkara çıxarıb.

Suriyaya müdaxilə barədə sənədin Konqresə təqdim olunmasına da münasibət bildirən dövlət katibi deyib ki, o, ABŞ Konqresinin düzgün olanı edəcəyinə əmindir. Ancaq Con Kerri əlavə edib ki, prezident Barak Obama hələ də Konqresin verəcəyi qərardan asılı olmayaraq kimyəvi silahdan istifadə edən Suriya hökumətinə qarşı qərar vermək səlahiyyətinə malikdir.

Suriya dövlət xəbər agentliyi prezident Bəşar Əl-Əsədə istinadən Suriyanın hər hansı xarici müdaxilənin qarşısını almaq iqtidarında olduğunu bildirib.
XS
SM
MD
LG