Accessibility links

Barak Obama pilotsuz təyyarədən istifadə edildiyini etiraf edib


Barak Obama pilotsuz təyyarədən istifadə edildiyini etiraf edib
Barak Obama pilotsuz təyyarədən istifadə edildiyini etiraf edib

ABŞ prezidenti Barak Obama Pakistanda pilotsuz təyyarə hücumlarını müdafiə etdiyini bildirib. İndiyədək ABŞ rəsmiləri heç vaxt bu barədə açıqlama verməyib. Dünənki çıxışında cənab Obama bildirib ki, pilotsuz təyyarə hücumları əl-Qaidə və onun şəbəkələrini hədəf alır və hücumların əksəriyyəti Pakistanın Əfqanıstanla sərhədində yerləşən yarı-muxtar qəbilə ərazilərində həyata keçirilib.

Prezident əməliyyatların çox dəqiqliklə həyata keçirildiyini və ABŞ-ın qeyri-dəqiq hücumların həyata keçirilməsinə yol vermədyini deyib. O, əlavə edib ki, bu kimi əməliyyatlar regionun terroristlərin fəal olduğu əlçatmaz ərazilərdə həyata keçirilir.

XS
SM
MD
LG