Accessibility links

Barak Obama Polşada mübahisələrə səbəb olan sözlərinə görə təəssüf hissi keçirdiyini bildirib

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Polşada mübahisələrə səbəb olan sözlərinə görə təəssüf hissi keçirdiyini bildirib. Bu həftə Obama Polşanın İkinci Dünya Müharibəsi zamanı göstərdiyi şücaətindən danışarkən nasist deyil, “Polşa ölüm düşərgəsi” kəlməsini işlətmişdi. Deyilənlər Avropa yəhudilərinin başına gələnlərə şahidlik etmiş Yan Karski Azadlıq Medalı ilə təltif edilərkən səslənmişdi.

Polşa prezidenti Bronislav Komorovskiyə ünvanladığı məktubda prezident Obama bildirib ki, hazırkı və gələcək nəsillər ölüm düşərgələri haqda həqiqəti bilməlidir. Komorovski Obamanın məktubunu alqışlayıb.

Polşa rəsmiləri müharibə vaxtı ərazilərində işlədilən düşərgələr barədə olduqca həssadır.

İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən 6 milyon jəhudi qətlə yetirilmişdi. Onların 3 milyonu Polşa yəhudisi olub.

XS
SM
MD
LG