Accessibility links

Barak Obama Polşanı "demokratik islahat" nümunəsi adlandırdı


Barak Obama Polşanı "demokratik islahat" nümunəsi adlandırdı
Barak Obama Polşanı "demokratik islahat" nümunəsi adlandırdı

ABŞ prezidenti Barak Obama Polşanın region və dünyada modernizasiya və demokratik islahatlar sahəsində nümunəvi rolunu alqışlayıb. Baş nazir Donald Taskla birgə dayanan cənab Obama öz çıxışında Varşavanın Avropa, Şimali Afrika və Yaxın Şərqdə demokratiyanın yayılmasında xüsusi rol oynaya biləcəyəini vurğulayıb. ABŞ prezidentinn sözlərinə görə Sovet kommunizmini devirməklə Polşa xalqı dəyərli təcrübə əldə edib.

Həmin ölkəyə ikigünlük səfərin sonunda cənab Obama Polşa liderləri ilə görüşüb. Bununla da Barak Obamanın Avropaya altı günlük səfəri sona çatır.

1980-ci ildə Polşada "Həmrəylik" hərəkatını xatırladan cənab Obama həmin vaxt adi adamların zülmə qarşı ayağa qalxdığını qeyd edib. ABŞ lideri 30 il bundan öncə Polşada baş verənləri Şimali Afrikada və Yaxın Şərqdə baş qaldıran ərəb baharı üsyanları ilə müqayisə edib. O, ərəb ölkələrini demokratiyaya dinc keçidə səsləyib.

Polşa ilə ikitərəfli münasibətlərdən danışan cənab Obama 2013-cü ildən başlayaraq ABŞ hərbi hava qüvvələrinin Polşa pilotlarına təlim keçəyəini deyib.

XS
SM
MD
LG