Accessibility links

Bayram tətilini Havay adalarında keçirən ABŞ prezidenti Barak Obama bu gün Vaşinqtona geri dönüb.

Obama, yoldaşı Mişel və iki qızı Havay adalarını dünən axşam iki həftəlik ənənəvi bayram tətilindən sonra tərk edib. Havay prezident Obamanın doğulduğu ştatdır.

Ağ Evə qayıtmaqla Obama 8 illik prezidentliyinin son ilinə başlayıb. O, Ağ Evi 2017-ci ilin yanvarında tərk edəcək.

Məzuniyyətdən qayıdan prezident Obama artıq bu gündən görüşlərə başlayır. Sabah o, baş prokuror Loretta Linçlə görüşərək silah satışını üçün alıcıların tarixçəsinin yoxlanmasına dair icraedici fərmanın tətbiqinə dair müzakirələr aparacaq. Son illər ABŞ-da silahlı hücumlar silahlara nəzarət qanunlarının məhdudlaşdırılmasına dair debatlara yol açıb.

Prezidentin bu sərəncamı yanvarın 12-də sonuncu ABŞ xalqına İllik Məruzəsindən öncə imzalayacağı gözlənilir.

Sələfləri kimi Obama da prezidentliyinin son ilində xarici siyasətdə böyük addımlar atmağı düşünür. Buraya 12 dövlətin daxil olduğu azad ticarətə dair Trans-Sakit Tərəfdaşlıq razılığının imzalanması və çox guman ki, Kubaya səfər də daxil ola bilər.

XS
SM
MD
LG