Accessibility links

Barak Obama dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib


ABŞ prezidenti Barak Obama Müqəddəs Ramazan ayınının sona çatması münasibətilə göndərdiyi təbrik mesajında amerikalıları müsəlman amerikalıları fanatizmdən və ksenofobiyadan (digər millətlərə qarşı nifrət-Rd.) müdafiə etmək işinə yenidən dəstək verməyə çağırıb.

“Müsəlman amerikalılar millətimizin özü kimi kimi müxtəlifdirlər – qaralar, ağlar, latin amerikalılar, asiyalılar və ərəblər. Ölkənin hər yerində qeyd olunan Ramazan bayramı bizə bir xalq olaraq bütün millətlərdən olan insanların yazdığı qürurverici tariximizi xatırladır: bizim din və vətəndaş azadlıqları, innovasiya və güdrət tariximizi,” deyə Obama çərşənbə günü Ramazan bayramı münasibəti ilə ünvanladığı təbrik mesajında bildirib.

Obama qeyd edib ki, ötən ay ABŞ və bütün dünya ürək ağrıdan qəddar cinayətlərlə üz-üzə qaldı. “Əksəriyyəti müsəlman olmaqla yüzlərlə günahsız insan” Orlando, İstanbul, Dəkkə, Bağdad, və Mədinədə həyatını itirdi."

“Burada öz ölkəmizdə müsəlman amerikalılara qarşı təzyiqlərin artdığını gördük. Heç kim inancına görə özünü təhlükədə hiss etməməlidir,” -deyə Obama bildirib. “Nifrətə qarşı biz Amerika dəyərlərinə və gücünə söykənərək həmrəy olmalı və bir-birimizi qorumalıyıq. Yalnız bu dəyərlər bizi daha güclü və təhlükəsiz edir.”

Obama amerikalı müsəlmanların ölkəyə bir çox töhfələr verdiyini və onun sözlərilə, "bu Ramazan ayında son mənzilə yola saldığımız” əfsanəvi boksçu Məhəmməd Əlinin buna ən bariz nümunə olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG