Accessibility links

Barak Obama: İranla bağlı bütün seçimlər masa üzərində qalır!

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama İranın atom bombası əldə etməsinin qarşısını almaq üçün bütün seçimlərin masa üzərində qaldığını yenidən təsdiq edib. Eyni zamanda cənab Obama Amerika İsrail İctimai Əlaqələri Komitəsi (AIPAC) qarşısındakı nitqdə İranla mübahisənin dinc yolla həllinə üstünlük verdiyini bəyan edib.

Prezident Obama nüfuzlu AIPAC təşkilatındakı çıxışında İranla müharibə ilə bağlı çox “söz-söhbətin” dolaşdığını bildirib. O, deyib ki, bu cür söz-söhbət neftin qiymətini qaldırmaqla Tehranın mənafeyinə xidmət edir. İran hökuməti spekulyasiyaları gücləndirməklə özünü varlandırır.

Barak Obama deyib ki, indi əzələ nümayiş etdirmək deyil, beynəlxalq təzyiqlərin təsirli olması istiqamətində çalışmaq lazımdır.

Sabah prezident Obama Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahunu qəbul edəcək. İsrailin İrana hücum edəcəyi ilə bağlı son günlərdə spekulyasiyalar geniş yayılıb.

XS
SM
MD
LG