Accessibility links

Barak Obama Respublikaçı senatorları tənqid edib


Senator Mitç Mkkonnel

Senator Mitç Mkkonnel

ABŞ prezidenti Barak Obama Rusiya ilə nüvə silahlarının ixtisarına dair səsverməni gecikdirdiklərinə görə Respublikaçı senatorlara qarşı tənqidi artırıb. Həftəlik müracətində cənab Obama deyib ki, Respublikaçılar sabiq prezident Ronald Reyqanın “inan, amma yoxla” nüvə diplomatiyasına dair dərsinə məhəl qoymurlar. Cənab Obama deyib ki, senat Strateji Silah İxtisarına dair müqaviləni təsdiqləməsə, ABŞ müfəttişləri Rusiyanın razılığa əsasən nüvə arsenalını 30 faiz azaldıb-azaldmadığını yoxlaya bilməyəcək. Prezident və Demokratik Partiyasının rəhbəri bildirib ki, senatın bu məsələyə dair fəaliyyətsizliyi İranın nüvə ambisiyaları da daxıl olmaqla başqa məsələlərdə də Rusiyanın Vaşınqtonu dəstəkləməsini risk qarşısında qoya bilər. Respublikaçıların bu günkü müraciəti Senatda Respublikaçı azlığın rəhbəri olan Mitç Makkonnel tərəfindən edilmişdir. O, cənab Obamanı yalnız bir ildə 250 000 dollar qazanan ailələr deyil, bütün amerikalılar üçün vergiləri azaltmağa çağırıb.

XS
SM
MD
LG