Accessibility links

Barak Obama respublikaçı və demokrat qanunvericiləri səylərini davam etdirməyə çağırıb

  • Amerikanın səsi

Barak Obama respublikaçı və demokrat qanunvericiləri səylərini davam etdirməyə çağırıb

Barak Obama respublikaçı və demokrat qanunvericiləri səylərini davam etdirməyə çağırıb

ABŞ prezidenti Barak Obama respublikaçı və demokrat qanunvericiləri büdcə razılığı ilə bağlı yolların müəyyən edilməsi səylərini davam etdirməyə çağırıb. Dünən hər iki partiya nümayəndələrindən təşkil edilən “altılar qrupu” məsrəflərin 500 milyard dollarlıq ixtisar planını açılayıb. Bu, gələn 10 il ərzində xərclərin 4 trillion azaldılması səylərinin bir hissəsidir. Plan sosial təminat proqramında böyük dəyişikliklərə yol aça və gələn 10 il ərzində vergiləri 1 trillion artıra bilər. ABŞ prezidenti planı “balanslı yanaşma” adlandırsa da, onu təsdiq edəcəyi barədə heç nə deməyib.

XS
SM
MD
LG