Accessibility links

Prezident Obama tərəfdarlarını siyasətlə məşğul olmağa çağırıb


Barak Obama
Barak Obama

O, vəzifə müddəti bitəndən sonra da siyasətdə qalacağını deyib

ABŞ prezidenti Barak Obama 2017-ci ildə Ağ Evi tərk edəndən sonra da siyasət və ictimai məsələlərlə məşğul olacağına söz verib.

Bazar ertəsi Vaşinqtonda "Organizing for Action" qrupunun üzvləri qarşısında çıxış edən Obama adi vətəndaş kimi “demokratiyadakı ən mühüm vəzifəni” icra edəcəyini deyib.

Obama prezidentliyi dövründə bir sıra nailiyyətlərindən söz açıb ki, bunlara bərpa olunan iqtisadiyyat, səhiyyə islahatı, eləcə də Keyston XL neft boru kəmərinin ləğvi daxildir.

"Organizing for Action" yerli ictimai dəstək qrupudur. Qrup Barak Obamanın 2008 və 2012-ci ildə uğrlu president seçki kampaniyası dövründə inkişaf edib.

XS
SM
MD
LG