Accessibility links

Barak Obama İtaliyanın iqtisadi planını alqışlayıb


Barak Obama İtaliyanın iqtisadi planını alqışlayıb
Barak Obama İtaliyanın iqtisadi planını alqışlayıb

ABŞ prezidenti Barak Obama Italiyanın baş naziri Mario Montinin ölkəsini maliyyə böhranından xilas etmək səylərini alqışlayıb. Noyabr ayından Silvio Berluskonini əvəz edən Monti sərt iqtisadi ölçülərə əl atıb. Ağ Ev görüşündən sonra prezident Obama İtaliyanın baş nazirinə dəstək verdiyini bəyan edib.
Monti Amerikaya öz iqtisadi planının təbliği məqsədi ilə səfər edib. O, 2.5 trillion borcu olan İtaliyaya investorları cəlb etməyə çalışır. Baş nazir ABŞ dövlət başçısına dəstəyinə görə təşəkkürünü bildirib və deyib ki, italiyalılar fədakar olmalıdır. O, baş və iqtisadiyyat naziri kimi öz maaşından keçdiyini bəyan edib.
Barak Obma İtaliyaya İrana qarşı sanksiyalara dəstək verdiyi üçün minnətdarlığını ifadə edib. Prezident Suriyadakı vəziyyətə görə Vaşinqtonun siyasəti dəstəkləyən iİtaliyaya təşəkkürünü bildirib.

XS
SM
MD
LG