Accessibility links

ABŞ prezidenti Barak Obama daşınmaz əmlak sahiblərinə və bizneslərə təmiz enerjinin təkmilləşdirilməsi üçün investisiya yollarını asanlaşdırılması istiqamətində sərəncam verəcəyini elan edib. Hazırda təmiz enerjidən istifadə həm praktik deyil, həm də baha başa gəlir.

Cənab Obama dünən Las Veqasda keçirilən təmiz enerji konfransında çıxış edib. O bildirib ki, bəzi yanacaq və kommunal şirkətləri ölkənin təmiz, ucuz və səmərəli enerjidən istifadəyə tələsdiyini deyir. "Ancaq biz onlara, bağışlayın biz bu yola davam edirik deyirik" - deyə Barak Obama bildirib.

Prezident vurğulayıb ki, illərdir təmiz enerjinin iqtisadi baxımdan sərfəli olmadığı deyilirdi. Bugün artıq bu doğru deyil.

Prezidentin qəbul edəcəyi yeni qərarlar arasında Federal Yaşayış Administrasiyasının Təmiz Enerji ilə Təchiz Olmuş Mülklər proqramı üçün kreditlərin genişləndirərək mülk sahiblərinə təmiz enerjinin quraşdırılmasına icazə verilməsi və kreditlərin geri ödənməsinin vaxtının uzadılması imkanları yer alacaq.

Cənab Obamanın iştirak etdiyi hər il keçirilən təmiz enerji konfransı Senatda Demokratların lideri Harri Reyd tərəfindən təşkil olunub. Konfransın məqsədi təmiz enerji qanunlarının qarşısını azad bazara buraxılması arqumentləriylə almaq istəyən bəzi yanacaq şirkətlərinə cavab mahiyyəti daşıyıb.

XS
SM
MD
LG