Accessibility links

Barak Obama tornadonun viran qoyduğu şəhər sakinlərini alqışladı


Barak Obama tornadonun viran qoyduğu şəhər sakinlərini alqışladı

Barak Obama tornadonun viran qoyduğu şəhər sakinlərini alqışladı

ABŞ prezidenti Barak Obama tornadonun viran qoyduğu Joplin şəhərinin sakinlərini alqışlayıb. Missouri ştatının qəsəbəsində baş verən təbii fəlakət ötən həftə 142 adamın həyatına son qoyub.

Cənab Obama deyib ki, Joplin şəhərinin sakinləri göstərdilər ki, “ürək ağrısına və faciəyə gəldikdə heç kim yad deyil.”

“Mənim Joplin əhlinə demək istədiyim budur ki, bu, təkcə sizin yox, bütün millətin faciəsidir və bu, o deməkdir ki, fəlakətə cavab da ümummilli olacaq,” deyə ABŞ lideri bildirib.

O, qeyd edib ki, Alabamanın Tuscaloosa qəsəbəsindən bərpa işlərində yardım üçün könüllü dəstələr gəlib, hərçənd ki, bu qəsəbənin özü bir ay bundan öncə dağıdıcı tornadoya məruz qalıb. O, Joplin icmasına vəd edib ki, hökumət yenidənqurma səylərinin hər addımında şəhər sakinləri ilə çiyin-çiyinə dayanacaq.

XS
SM
MD
LG