Accessibility links

Barak Obama Twitter-də müzakirələr keçirəcək


Barak Obama Twitter-də müzakirələr keçirəcək

Barak Obama Twitter-də müzakirələr keçirəcək

ABŞ prezidenti Barak Obama gələn həftə Twitter-də müzakirələr keçirməklə, yeni texnologiyaya olan marağını bir daha nümayiş etdirəcək. Ağ Ev bu sosial şəbəkədən istifadə edərək, tədbiri elan edib. Gələn çərşənbə günü keçiriləcək müzakirələrin diqqət mərkəzində iqtisadiyyat və iş yerləri olacaq. Prezident Obama iqtisadi siyasətinə görə ciddi tənqidlər altındadır. Ağ Evin Twitter hesabına suallar göndəriləcək. Barak Obama suallara canlı cavab verəcək. ABŞ dövlət başçısının 8.9 milyon izləyicisi var.

XS
SM
MD
LG