Accessibility links

Barak Obama Şükran bayramı süfrəsindən hindtoyuğunu əvf edib

  • Amerikanın səsi

Obama pardon Thanksgiving turkey, 2009.

Obama pardon Thanksgiving turkey, 2009.

ABŞ prezidenti Barak Obama Şükran bayramı süfrəsindən iki hindtoyuğu əvf edib. Ənənəvi Ağ Ev mərasimində 20 kiloqramlıq Apple adlı hindtoyuğu ilə bağlı ABŞ prezidenti zarafatla noyabr ayında heç olmasa bir "mənfi" işin qarşısını aldığını deyib. Apple və onun alternativi Cidre Amerikanın ilk prezidenti Corc Vaşinqtonun mülki ərazisində yaşayacaq. Bu gün axşam ABŞ dövlət başçısı ailəsi və hintoyuqları ilə bərabər Marta's Table adlanan xeyriyyəçilik cəmiyyətində olacaq. Barak Obama ehtiyacı olanlara yardım göstərilməsinin Şükran bayramının əsil mahiyyəti olduğunu deyib.

20 kiloqramlıq Apple adlı hindtoyuğunun əvfi ənənəvi Ağ Ev mərasimində edilib

XS
SM
MD
LG