Accessibility links

Barak Obama Ukraynaya dəstəyə çağırır


ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar dünyada Rusiyanın Ukraynaya qarşı təcavüzünə etirazlara rəhbərlik edir.

Bu gün Avstraliyada Quinslend Universitetində danışan cənab Obamanın sözlərinə görə, Rusiya iyul ayında Malayziya Hava Yollarına məxsus MH 17 sərnişin təyyarəsini vurmaqla "dünyaya təhlükə" olduğunu göstərib. Xatırladaq ki, iyulda Amsterdamdan Kuala Lumpura uçan təyyarə Ukraynada üsyançıların nəzarətində olan ərazidə vurulmuşdu.

Ukrayna prezident Petro Poroşenko isə bildirib ki, Ukraynanın şərqində vəziyyət Rusiyanın dəstəklədiyi separatçılarla danışıqlar vasitəsilə nizama salınmalıdır. Buna baxmayaraq, cənab Poroşenko dünən deyib ki, əgər atəşkəs razılığı uğursuzluğa düçar olsa, Ukrayna ordusu "döyüşmək arzusunda və iqtidarındadır".

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG