Accessibility links

Barak Obama:”Van Klibernin musiqisi beynəlxalq siyasətin yaratdığı çətinliklərdən daha uca idi”



Ağ Ev prezident Barak Obamanın Amerikanın tanınmış pianoçusu Van Klibernin vəfatı ilə bağlı verdiyi açıqlamanı yayıb. Açıqlamada Van Klibernin 20-ci əsrin ən istedadlı və unukal pianoçularından biri olduğu deyilir, onun 23 yaşında Moskvada Çaykovski adına beynəlxalq festivalda birinci yeri qazanması və bununla bütün dünyada, xüsusilə də Sovet İttifaqında Amerika mədəniyyətinin sevimli elçisinə çevrilməsi xatırladılır.

“Onun musiqisi beynəlxalq siyasətin yaratdığı çətinliklərdən daha uca idi və soyuq müharibə dövrü münasibətlərdə ehtimal olunmayan yaxınlaşmaya töhfə vermişdi. O, zəmanə adamı idi. Herri Trumenin dövründən başlayaraq, bütün Amerika prezidentləri kimi mənə də onun ifasını dinləmək nəsib olmuşdu. Mən əminəm ki, onun sənətinin gözəlliyi onun əfsanəvi pianoçu kimi adının uzun müddət yaddaşlarda qalmasına xidmət edəcək. Mişel və mən cənab Klibernin əzizlərini düşünürük və onlara dualarımızı çatdırırıq ”-deyə prezident Obanın bəyanatında bildirilir.

Van Klibern çərşənbə günü Texasda Fort Uort şəhərində yaşadığı evdə vəfat etmişdir. Onun 78 yaşı var idi.

Van Klibern 1958-ci ildə Moskvada Çakovski adına Beynəlxalq müsabiqədə birinci yeri tutduqdan sonra tanınmağa başlamışdı. “Time” jurnalı onu “Rusiyanı fəth etmiş texaslı” adlandırmışdı.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG