Accessibility links

Amerikada siyasi rəhbərlik Dallas hadisəsindən sonra milli birliyə çağırır


Cümə günün Dallasda baş verən polis qətliamına reaksiyada prezident Barak Obama Texas ştatında polis zabitlərinin hədəf alınmasını “vəhşi, hesablanmış və dözülməz hücum” kimi qiymətləndirib. NATO sammitinin keçirildiyi Varşavada çıxış edən prezident polis zabitlərinin öz vəzifələrini yetirnə yetirdiklərini vurğulayıb.

Prezident Obama ədalətin zəfər çalacağını bildirərək çətin işin öhdəsindən gələn hüquq-mühafizə orqanlarını alqışlayıb.

ABŞ prezidenti Barak Obama

ABŞ prezidenti Barak Obama

“Bu gün bizim hamımıza onların nə kimi fədakarlıqlar göstərdiyini bir daha xatırladır,” Obama bildirib.

Lakin bəyanatını bitirməzdən öncə prezident silah qanunları məsələsinə toxunub:

“Biz onu da bilirik ki, insanlar qüdrətli silahlarla silahlanmış olanda hücumlar daha ölümcül və faciəvi xarakter alır. Qarşıda gələn günlərdə biz bu reallıqları da nəzərə almalıyıq.”

ABŞ Konqresində Nümayəndələr Palatasının Respublikaçı spikeri Pol Rayan çıxışına başlamazdan əvvəl əlini ağzına qoyaraq çox sarsılmış görünürdü.

“Biz hamımız dünən gecə Dallasda baş vermiş hadisələrdən dolayı dəhşət içindəyik. Biz hamımız hiddətlənmişik. Bizi qoruyan insanlara qarşı törədilmiş hücum bizim hamımıza qarşı törədilmiş hücumdur. Bizim ürəklərimiz Dallas polisləri ilədir. Bizim ürəklərimiz hadisə qurbanlar və xüsusilə onların sevdikləri ilədir. Onlar da polislər kimi nişan daşıyırlar. Mən bilirəm polisin həyat yoldaşı olmaq özünü ən pisinə hazırlamaqdır, lakin belə bir faciənin baş verəcəyini kim təsəvvür edə bilərdi.”

Rayan baş verən hadisələrdən sonra insanları birliyə çağırıb:

Bir neçə cani bizim cəmiyyəti təmsil etmir. Onlar bizi idarə etmir. Utanc bu vəhşi hadisəni törədənlərdən başqa heç kəsə aid deyil.

“Bir neçə cani bizim cəmiyyəti təmsil etmir. Onlar bizi idarə etmir. Utanc bu vəhşi hadisəni törədənlərdən başqa heç kəsə aid deyil. Prezidentin söylədiyi kimi ədalət öz yerini tapacaq. Bu həftə bizim ölkə üçün uzun bir həftə olub. Bu ay Amerika üçün çox yorucu bir ay olub. Biz bu ay dəhşətli amansız hadisələrin şahidi olduq.”

Qrup beynəlxalq maraq doğurmuş bu həftə iki qaradərili amerikalının polis tərəfindən öldürülməsi ilə bağlı danışmaq üçün mətbuat konfransı keçirib. İşçi qrupun rəhbəri Nümayəndələr Palatasının üzvü G.K. Batterfild silahla törədilən zorakılığın qarşısını almaq üçün qanun layihəsinə səs verməyə çağırıb. O, deyib ki, əks halda “bu yay uzun və qızmar bir yay ola bilər.”

XS
SM
MD
LG