Accessibility links

Barak Obama və Vladimir Putin Suriya barədə razılığa gələ bilməyib


Russia G20 Summit Obama
Russia G20 Summit Obama

Mətbuat konfransında danışan ABŞ prezidenti deyib ki, rusiyalı həmkarı ilə danışıq səmimi və konstruktiv olub

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Rusiyada keçirilən Böyük 20-liyin iqtisadiyyata dair zirvə toplantısından kənar Suriya məsələsini müzakirə etməsinə baxmayaraq, iki prezident hələ də məsələ ilə bağlı fərqli fikirlərə malikdir.

Bu gün mətbuat konfransında danışan prezident Obama deyib ki, cənab Putinlə danışığı səmimi və konstruktiv olub. Ancaq o, əlavə edərək deyib ki, bu danışığın Rusiyanın Suriyaya hərbi müdaxiləyə qarşı çıxmasının dəyişməsinə kömək etməyib.

Cənab Obama öz xalqına qarşı kimyəvi silahdan istifadə etdiyi iddia edilən Suriya hökumətini cəzalandırmaq üçün ölkəyə hərbi müdaxilə üçün beynəlxalq dəstək əldə etməyə çalışır.
XS
SM
MD
LG