Accessibility links

Barak Obama vergi imtiyazalarının ləğvinə çağırır


Barak Obama vergi imtiyazalarının ləğvinə çağırır
Barak Obama vergi imtiyazalarının ləğvinə çağırır

ABŞ prezidenti Barak Obama Konqresi iş yerlərini xaricə ötürən şirkətlər üçün vergi imtiyazlarını ləğv etməyə çağırıb. Həftəlik radio müraciətində cənab Obama deyib ki, vergi imtiyazları yalnız ABŞ-da yeni iş yerləri açan və ya iş yerlərini Amerikada saxlayan şirkətlərə verilməlidir. Prezident deyib ki, Respublikaçılar hər il ABŞ vətəndaşlarına milyardlarla dollara başa gələn vergi imtiyazlarını saxlamaq üçün mübarizə aparırlar. Respublikaçıların cavab müraciətində isə İndiana konqresmeni Mayk Pens sabiq prezident Corc Buşun vergi endirimlərini uzatmağa çağırıb. Demokratların Konqresdəki liderləri noybarın 2-də keçiriləcək ümummilli seçkilərdən sonra vergi məsələsinə qayıdılacağını deyirlər.

XS
SM
MD
LG