Accessibility links

ABŞ prezidenti Asiya səfərini başa vurub

  • Amerikanın səsi

ABŞ prezidenti Asiya səfərini başa vurub

ABŞ prezidenti Asiya səfərini başa vurub

ABŞ prezidenti Barak Obama 9 günlük Asiya səfərini başa vurub, vətəninə qayıdır. Dünən prezident İndonezoyanın Bali adasında Asiya ölkələrinin liderləri ilə görüşlər keçirib. Prezidentin ilk görüşü Hindistanın baş naziri Mamohan Singhlə olub. Barak Obama hər iki ölkənin ASEAN sammitini beynəlxalq suların təhlükəsizliyi, fəlakətlərə cavab verilməsi və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir fürsət hesab etdiyini deyib.

ABŞ dövlət başçısı İndoneziya prezidenti Yudhoyono ilə görüşü zamanı o ölkənin ordusunun müasirləşdirməsinə yardım göstəriləcəyinə vəd verib. Barak Obama bundan əvvəl ASEAN sammitinin şam ziyafəti zamanı Filippin və Malayziyanın liderləri ilə müzakirələr keçirib.

Amerika və Rusiya ASEAN sammitində ilk dəfə tam üzv kimi iştirak edib. Bali prezident Obamanın 9 günlük səfərinin son dayanacağı idi.

.Dünən prezident İndonezoyanın Bali adasında Asiya ölkələrinin liderləri ilə görüşlər keçirib. Prezidentin ilk görüşü Hindistanın baş naziri Mamohan Singhlə olub. Barak Obama hər iki ölkənin ASEAN sammitini beynəlxalq suların təhlükəsizliyi, fəlakətlərə cavab verilməsi və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir fürsət hesab etdiyini deyib.

XS
SM
MD
LG