Accessibility links

Barak Obama Xatirə Günü münasibəti ilə naməlum əsgər məzarı üzərinə əklil qoyub


Barak Obama Xatirə Günü münasibəti ilə naməlum əsgər məzarı üzərinə əklil qoyub
Barak Obama Xatirə Günü münasibəti ilə naməlum əsgər məzarı üzərinə əklil qoyub

ABŞ prezidenti Barak Obama birinci xanım Mişel Obama ilə bərabər Xatirə Günü münasibəti ilə Arlinqton Milli qəbiristanlığında naməlum əsgər məzarı üzərinə əklil qoyub. Bu gün Vaşinqton şəhərində on minlərlə motosikl sürücüsünün ənənəvi "Rolling Thunder" yürüşü keçirilir. Amerika boyu paradlar təşkil edilir, tədbirlər keçirilir.

Bu gün Ağ Evdə təşkil edilən mərasimdə ABŞ dövlət başçısı Birgə Hərbi Qərarganlar rəisi vəzifəsinə ordu generalı Martin Dempsini nominasiya edib.

XS
SM
MD
LG