Accessibility links

ABŞ prezidenti Barak Obama Konqresi mühacirət qanunlarında ciddi dəyişiklikləri nəzərdə tutan dalana dirənmiş qanunu bu ilin sonunadək qəbul etməyə çağırıb.

Bu gün Ağ Evdə çıxışı zamanı prezident deyib ki, hazırki mühacirət sistemi iflasa uğrayıb və təcili düzəldilməliidr.

Prezident Obama müstəqil iqtisadçılara istinadən bildirib ki, ikitərəfli mühacirət islahatlar qanunu indiyədək qəbul olunsaydı qarşıdakı 20 il ərzində ABŞ iqtisadiyyatı əlavə 1.4 trilyon dollar artardı.

Ağ Ev Senatın irəli sürdüyü qanun layihəsini dəstəkləyir. Təklifə sərhəd təhlükəsizliyindən milyardlarla dollar pul qazandıra və Birləşmiş Ştatlarda sənədsiz yaşayan insanların vətəndaş olması üçün 13 illik cığır aça bilər.
XS
SM
MD
LG