Accessibility links

Obama prezidentliyi dövrü son xarici səfərinin ilk dayanacağı olan Yunanıstandadır


ABŞ prezidenti Barak Obama prezidentliyi dövrü planlaşdırdığı son xarici səfəri zamanı Yunanıstan liderləri ilə görüşəcək və iqtisadi məsələləri müzakirə edəcək.

Ağ Ev rəsmiləri Obama və Yunanıstanın baş naziri Aleksey Tsipras arasında danışıqlard iqtisadi islahatların davam etdirilməsinin vacibliyinin müzakirə ediləcəyini bildirib. O, yunanların beynəlxalq yardım paketi razılığını yerinə yetirməsini də alqışlayıb.

Prezident səfəri zamanı edəcəyi əsas çıxışında Yunanıstanda və dünyanın digər yerlərində iqtisadi problemləri həll etmək üçün görülməli olan işlər haqda danışacaq. Amerika liderinin çıxışında inkişafa nail olunması və iqtisadi bərabərsizliyin aradan qaldırılması məsələsinə toxunacağı gözlənilir.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rodes deyib ki, Almaniya və Peru da daxil olmaqla Obamanın işgüzar səfərində müzakirələrin başlıca mövzusunun Donlad Trampın prezidentliyi olacağı gözlənilir.

Almaniya kansleri Angela Merkel Obama ilə görüşə ev sahibliyi edəcək. Rodes onlar arasında münasibətlərin vacibliyini diqqətə çatdıraraq, Merkeli Obamanın prezidentliyi müddətində onun ən yaxın tərəfdaşlarından biri olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG