Accessibility links

O, Kaliforniya Universitetinin prezidenti vəzifəsinə keçir

ABŞ-ın daxili təhlükəsizlik naziri Canet Napolitano stefa verib. O, Kaliforniya Universitetinin prezidenti vəzifəsinə keçir.

Xanım Napolitano bəyanat yayaraq universitetin prezidenti vəzifəsinə təyin edildiyini bildirib.

O, Daxili Təhlükəsizlik Nazirliyinə başçılıq etmək kimi bir fürsət verdiyinə görə prezident Barak Obamaya təşəkkürünü bildirib.

Arizona ştatının sabiq qubernatoru Napolitano 2009-cu ildən bu vəzəfədə çalışır.

Daxili Təhlükəsizlik Nazirliyi 2001-ci il 11 sentyabr hadisələrindən sonra təsis edilib. Nazirlyə sərhəd təhlükəsizliyi agentliklləri də daxildir.
XS
SM
MD
LG