Accessibility links

Barak Obama:Liviya dost və tərəfdaşlara malikdir

  • Amerikanın səsi

Barak Obama:Liviya dost və tərəfdaşlara malikdir

Barak Obama:Liviya dost və tərəfdaşlara malikdir

ABŞ prezidenti Barak Obama administrasiyasının azad, demokratik və parlaq gələcək quran Liviya xalqına dəstək verəcəyini deyib. Prezident bildirib ki, Liviya təhlükəsizliyin təminat altına alınması, humanitar yardımlar və demokratiyaya dinc keçid yolunda dost və tərəfdaşlara malikdir. ABŞ dövlət başçısı ədalətsizliyə qarşı mübarizədə birlik nümayiş etdirən Liviyanın beynəlxalq ictimaiyyətə nümunə olduğunu deyib.

Afrika Birliyi Liviyanın Milli Keçid Şurasını Liviya xalqının legitim təmsilçisi kimi tanıyıb.

Bu gün BMT-nin baş katibi Ban Gi Mun Liviya Təmas Qrupunun toplantısına ev sahibliyi edir. Bu həftə Liviyanın Milli Keçid Şurası BMT-nin Baş Assambleyasına nümayəndə təyin edəcək.

XS
SM
MD
LG