Accessibility links

Xüsusi Xidmət İdarəsinin sərxoş olduğu müəyyən edilən agenti dərhal geri qaytarılıb

Avropaya səfəri zamanı ABŞ prezidenti Barak Obamanın təhlükəsizliyindən məsul olan 3 Xüsusi Xidmət agenti geri qaytarılıb. Buna səbəb onlardan birinin sərhoş olduğunun müəyyən edilməsidir.

ABŞ xəbər agentliklərinin bildirdiyinə görə, prezident Obamanın qlobal nüvə sammitinin açılışı üçün Amsterdama getməsindən bir gün əvvəl, bazar gün agent hotel təhlizində huşunu itirmiş şəkildə aşkar edilib. Hotel işçiləri ABŞ səfirliyini bu barədə məlumatlandırdıqdan sonra səfirlik bu barədə Xüsusi Xidmət İdarəsinə xəbər verib.

İdarənin sözçüsü deyib ki, agentlərə töhmət verilib.

Geri göndərilən agentlər idarənin Əks-Hücum Komandasının üzvləridir. Belə ki, onlar prezidentə hücum olacağı təqdirdə onu qorumaqdan məsuldurlar.

Nəzərinizə çatdıraq ki, qanunlar agentlərin vəzifələrinə başlamasından 10 saat əvvəl spirtli içki qəbul etməyi qadağan edir.
XS
SM
MD
LG