Accessibility links

ABŞ prezidenti Novruzu qeyd edən bütün xalqları bu bayram münasibətilə təbrik edərkən Təbriz şəhərinin adını da qeyd edib.

Bu gün ABŞ prezidenti Barak Obama Novruz Bayramını qeyd edən bütün Amerika vətəndaşlarını təbrik edib. O, təbrikində baharın gəlişi münasibətilə bu bayramı qeyd edən bütün dünya xalqlarına da təbrikini çatdırıb.

"ABŞ və dünya boyu Novruzu qeyd edən hamının Novruzu Mübarək! Həmişə olduğu kimi bu il də biz Novruzu Ağ Evdə qeyd edəcəyik. Bizim də süfrəmizdə balıqlı səbzi plov olacaq. Bəlkə düyü çörəyi də oldu" - ABŞ prezidenti 4 dəqiqəlik təbrik mesajına belə başlayıb.

Barak Obama çıxışının böyük hissəsini Novruzu qeyd edən xalqlardan biri olan İran əhalisinə həsr edərək bildirib ki, son bir neçə ildə hər Novruz bayramında iranlılarla amerikalılar arasında yeni pəncərənin açılması imkanlarından danışıb. Onun sözlərinə görə, nüvə razılığının əldə olunması isə, bu pəncərənin açılmasına real imkan yaranıb.

Cənab Obama təbriki zamanı azəbaycanlıların yaşadığı Təbriz şəhərinin adını da qeyd edib. O, deyib ki, nüvə razılığı fonunda açılacaq yeni pəncərə səbəbilə çoxsaylı amerikalı İranın Şiraz, Təbriz və İsfahan kimi görməli yerlərini ziyarət etmək imkanı əldə edəcək.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG