Accessibility links

Barak Obamanın Konqresin respublikaçı və demokrat liderləri ilə görüşü təxirə salınıb


Barak Obamanın Konqresin respublikaçı və demokrat liderləri ilə görüşü təxirə salınıb

Barak Obamanın Konqresin respublikaçı və demokrat liderləri ilə görüşü təxirə salınıb

ABŞ prezidenti Barak Obama Konqresin respublikaçı və demokrat liderləri ilə görüşünü təxirə salıb. AĞ Evin bəyanatında bildirilir ki, görüş cümə axşamı günü keçirilməli idi, lakin Senat və Nümayəndələr Palatasının respublikaçı liderlərinin xahişi ilə görüş noyabr ayının 30-a keçirilib. Görüş noyabr ayının 2-də keçirilən seçkilərin nəticəsi olaraq demokratların Nümayəndələr Palatasında nəzarəti və Senatda yer itirmələrindən sonra ilk görüş olacaq. Respublikaçılar prezidentlə müəyyən məsələlərdə ortaq zəmin əldə etmək istədiklərini desələr də, respublikaçı senator Mitç Makkonel cənab Obamanın səhiyyə qanunlarının ləvğinə çağırır.

XS
SM
MD
LG