Accessibility links

Barak Obamanın Liviya barədə çıxışına Konqresmenlərin münasibəti


Barak Obamanın Liviya barədə çıxışına Konqresmenlərin münasibəti
Barak Obamanın Liviya barədə çıxışına Konqresmenlərin münasibəti

ABŞ prezidenti Barak Obamanın Liviya ilə bağlı dünənki müraciətinə Konqres üzvləri münasibət bildirib.

2008-ci il prezident seçkilərində cənab Obamanın rəqibi olmuş Respublikaçı senator Con Makkeyn belə bir addıma görə prezidentə təşəkkürünü bildirib. Ancaq o, CNN-ə prezidentin strategiyasını təəccübedici olduğunu bildirib.

Onun sözlərinə görə, Liviya lideri Müəmmar Qəzzafi Obamanın çıxışı zamanı Liviya liderini hakimiyyətdən devirmək üçün qücdən istifadə edilməyəcəyini söyləməsini eşidib bir qədər rahatlayıb.

Nümayəndələr Palatasının spikeri Co Beynerin sözçüsü də prezidentin çıxışını tənqid edərək cənab Obamanın ABŞ-ın Liviya strategiyasına tam aydınlıq gətirməməkdə günahlandırıb.

Respublikaçı senator və Tea Partiyasının öncüllərindən Rənd Pol daxil olmaqla bəzi qanunvericilər prezidenti Konqreslə məsləhətləşmədən addım atmaqda günahlandırıb.

Prezidentin partiyadaşları Obamanın çıxışını daha müsbət qiymətləndiriblər. Senatın demokrat lideri Harri Rid deyib ki, çıxış Liviyanın azadlığına aydın görüntü verir. O, dövlət başçısının quru qoşunlardan istifadə etməməsi qərarını da təqdir edib.

XS
SM
MD
LG