Accessibility links

Barak Obamanın Novruz təbriki


Barak Obamanın Novruz təbriki
Barak Obamanın Novruz təbriki

ABŞ prezidenti Novruz mesajı zamanı xüsusilə İran gənclərinə müraciət edib

ABŞ prezidenti Barak Obama ənənəvi olaraq bu ildə Novruz bayramını qeyd edən xalqların Yeni ilin gəlməsi münasibətilə təbrik edib. Novruzun xüsusilə İranda Yeni il kimi qeyd olunmasını dilə gətirən ABŞ prezidenti İran gənclərinə öz dəstəyini ifadə edərək onları dəslədiyini bildirib.

“İranın gələcəyi onlara gənclərə məxsusdur, bu gənclər öz talelərini özləri müəyyən edəcək” – deyə bazaar günü Ağ Evin rəsmi saytında yerləşdirilən video-lentdə Barak Obama bildirib.

Cənab Obamanın sözlərinə görə, son aylar dəyişiklik hərəkatları elə də qeyri-adi görünmür. O deyib ki, Təhrir meydanına toplaşan qüvvəni biz 2009-cu ildə Azadi Meydanında da görmüşdük. “Siz, İran gəncləri fars sivilizasiyasının böyüklüyünü və sizin istəklərinizə cavabdeh olan ölkəyə düzəlişlər edən gücü daşıyan qüvvəsiniz”-deyə Barak Obama bildirib.

XS
SM
MD
LG