Accessibility links

Barak Obamanın sabiq müşaviri Çikaqo meri oldu


Barak Obamanın sabiq müşaviri Çikaqo meri oldu
Barak Obamanın sabiq müşaviri Çikaqo meri oldu

Ağ Ev administrasiyasının sabiq rəisi və prezident Barak Obamanın baş müşaviri Rahm Emmanuel Çikaqoda mer seçkilərində qalib gəlib. Emmanuel dünən axşam 55 faiz səs çoxluğu ilə qalib elan edilib. Bu göstərici onun ən çox səs toplayan rəqibini göstəricilərindən ikiqat çoxdur. Seçkilərin ikinci tura getməməsi üçün namizədlərn birinin 50 faizdən çox səs toplaması tələb olunurdu. Çikaqolu Barak Obama cənab Emmanueli qələbə münasibətilə təbrik edib.

XS
SM
MD
LG