Accessibility links

Barak Obama: Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir


Prezidentlər İlham Əliyev və Brak Obama

Prezidentlər İlham Əliyev və Brak Obama

Azərbaycanın neft sərvəti qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir

ABŞ Prezidenti Barak Obama Bakıda açılan 20-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransının açılışı ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır.

Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Bildirmək istəyirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm”.
XS
SM
MD
LG