Accessibility links

ABŞ prezidenti müsəlmanları müqəddəs Ramazanın başlaması münasibəti ilə təbrik edib


Barak Obama

Barak Obama

ABŞ-da 2.6 milyon müsəlman yaşayır

ABŞ prezidenti Barak Obama bazar ertəsi müsəlmanları müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.

“1,5 milyard müsəlman üçün Ramazan dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.

ABŞ-da 2,6 milyon müsəlman yaşayır (əhalinin 1%-dən az).

ABŞ prezidenti Yaxın Şərq və Afrika müsəlmanlarını onların ölkələrində demokratik dəyişikliklər üzərində işləyəcəyinə inandırıb.
XS
SM
MD
LG