Accessibility links

ABŞ prezidenti Barak Obama silah zorakılıqlarını azaltmaq məqsədilə siyasi, sivil və dini liderlərlə birgə işləmək istədiyini deyib.

Cənab Obama afro-amerikalı sivil hüquqlar və iqtisadi müdafiə qrupu olan Milli Urban Liqanın Yeni Orleandakı toplantısında çıxış edib.

Prezidentin burada dedikləri Koloradonun Avrora şəhərində 12 adamın ölümü 58 nəfərin yarlanması ilə nəticələnən qətliamdan sonra silah zorakılığına dair verilmiş ən ətraflı bəyanat sayılır.

"Əksər amerikalılar kimi mən də inanıram ki, Hüquqlar Bəyannaməsinin ikinci düzəlişi fərdin silah gəzdirmək hüququna təminat verir. Amma Kalaşnikov avtomatı kriminalların yox, əsgərlərin əlində olmalıdır," deyə prezident bildirib.

Cənab Obama bildirib ki, cinayətkarlar və əqli şikəstlərin silah almasının qarşısını almaq üçün yoxlamaları sadə məntiq diktə edir.
XS
SM
MD
LG