Accessibility links

İranda xalqın gözü qarşısında oğruların barmaqlarını kəsiblər


Qırğızıstanın cəza müəssisəsində etiraz

Qırğızıstanın cəza müəssisəsində etiraz

Hazırda barmaq kəsmək kimi cəzalar İran, Səudiyyə Ərəbistanı, Sudan və Somali kimi ölkələrdə icra edilir

İranda oğurluqda günahlandırılan iki nəfərin hər birinin dörd barmağını kəsiblər. Bunu jurnalistlərə Yəzd əyalətinin prokuroru Qulamhüseyn Heydəri deyib.

“Media forum” saytının məlumatına görə, Qulamhüseyn Heydəri bildirib ki, bunu həm də başqa cinayətkarlara dərs olsun deyə ediblər. Prokuror barmağın kəsilməsi cəzasının ictimaiyyət qarşısında həyata keçirildiyini söyləyib.

İnsan Hüquqları Beynəlxalq Kampaniyasının sözçüsü Hadi Qaimi bu hadisəyə etiraz edib. O deyib ki, bu iki şəxsin barmaqlarının kəsilməsi xəbəri dünyada insan hüquqları uğrunda fəaliyyət göstərən qurum və fəalları hədsiz dərəcədə sarsıdıb.

“Biz İran İslam Respublikasının icra etdiyi bu kimi orta əsrlər sayağı hökmləri kəskin pisləyirik. Hesab edirik ki, İranda həyata keçirilən islam cəza qanunlarındakı bəzi müddəalar beynəlxalq insan hüquqları standartlarına tam ziddir. Beynəlxalq hüquq baxımından İranda həyata keçirilən bu kimi cəza növləri işgəncə sayılır.

Hazırda barmaq kəsmək kimi cəzalar İran, Səudiyyə Ərəbistanı, Sudan və Somali kimi ölkələrdə icra edilir. Bir çox islam və şəriət aliminin də bildirdiyinə görə, 10-15 əsr əvvəl bəzi müsəlman cəmiyyətlərində icra edilən bu kimi cəza növlərini müasir dünyada yerinə yetirmək mümkün deyil. Xüsusən də İran kimi inkişaf etmiş bir ölkədə”.
XS
SM
MD
LG