Accessibility links

ABŞ Azərbaycanda insan haqlarının durumundan artan şəkildə narahatdır


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalədə rəsmi Vaşinqton Azərbaycan hökumətini öz vətəndaşlarının universal haqlarına hörmət etməyə çağırır

Amerika Birləşmiş Ştatları ATƏT ölkələrində oğurlanma, yoxa çıxma, döyülmə və qətllər də daxil olmaqla jurnalistlərə qarşı zorakılıqların artmasından ciddi narahatdır. “Qətllərə və başqa zorakı hücumlara görə cəzasızlıq artır,” deyə Varşavada keçirilən ATƏT-in insan haqları toplantısında iştirak edən ABŞ-ın nümayəndə heyətinin rəhbəri Brayan Atvud bildirib.

Rusiya ifadə azadlıq təcrübəsinin qarşısını alır. ABŞ xüsusilə Rusiyadakı dinc müxaliflərə qarşı son zorakılıqlar, şərəfə və ləyaqətin alçaldılması hallarından narahatdır. ABŞ-ı həmçinin Rusiyanın İnternet məkanında köklü qadağaları narahat edir. Onlar bu faəliyyəti genişləndirərək indi heç bir məhkəmə qərarı olmadan müstəqil mətbuat orqanları və nüfuzlu bloqlar da daxil olmaqla veb səhifələrə girişin qarşısını alır.

ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən artan şəkildə narahatdır. Rəsmilər 20 təşkilata qarşı cinayət işi qaldırıb, sivil cəmiyyət liderlərini və başqalarını həbs edib, təşkilatların bank hesablarını dondurub və təşkilatların əməkdaşlarına təzyiqlər göstərib. Birləşmiş Ştatlar Azərbaycan hökumətini öz vətəndaşlarının universal haqlarına hörmət etməyə çağırmağa davam edir.
Baş məqalədən çıxarış

Birləşmiş Ştatlar xüsusilə Ukraynanın şərqində və Rusiyanın işğal etdiyi Krımda Rusiyanın dəstəklədiyi separatçıların jurnalistlərə qarşı ciddi hədələrindən narahatdır. Son zamanlar 5 jurnalist öldürülüb, çox saylı digər reportyor isə fiziki təzyiqə məruz qalıb, oğrulanıb, həbs edilib, təhdid edilib və hədə-qorxu ilə üzləşib.

Tacikistanda isə ciddi narahatlıq hökumətin sosial-şəbəkələri və müstəqil xəbər protallarına çıxışa ara-bir qoyduğu qadağalar , eləcə də jurnalistlər artan şəkildə təhqir və hədə-qorxu ilə üzləşməsi ilə bağlıdır.

ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən artan şəkildə narahatdır. Rəsmilər iyirmi təşkilata qarşı cinyaət işi qaldırıb, sivil cəmiyyət liderlərini və başqalarını həbs edib, təşkilatların bank hesablarını dondurub və təşkilatların əməkdaşlarına təzyiqlər göstərib. Birləşmiş Ştatlar Azərbaycan hökumətini öz vətəndaşlarının universal haqlarına hörmət etməyə çağırmaqda davam edir.

Bu il Türkiyədə bir neçə jurnalist azad edilsə də, başqaları hələ də həbsxanalarda qalır. Türkiyə rəsmilərinin jurnalistlərə hədə-qorxu gəlməsi və Türkiyə qəzetlərinin sahibkarlıq strukturunun Türkiyədə fikir müxtəlifliyi qarşısının alınması və özünü senzura mühitinin təbliğ edilməsinin birgə effektinin göstəricisidir.

Vəkilləri tanınmış insan haqları fəalı Leyla Yunusun həbsdə döyüldüyünü xəbər verir.
Vəkilləri tanınmış insan haqları fəalı Leyla Yunusun həbsdə döyüldüyünü xəbər verir.

Qırğızıstanda hökumət Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə qəbul edib ki, kimisə mediada və ya ictimai şəkildə səhvən cinayət törətməkdə ittiham etmək cinayət hesab edilsin. Macarıstanda difamasiya görə mümkün həbs müddəti uzadılıb. Qazaxıstanda isə reqressiv kriminal cinayət maddəsi kriminal difamasiyanın anlayışını genişləndirərək ifadə azadlığının daha da məhdudlaşdırılması ilə nəticələnib.

Medianın və ya ümumi ictimaiyyətin üzvü olmasından asılı olmayaraq hər bir fərdin öz fikrini sərbəst şəkildə internetdə və ya həyatda ifadə etmək hüququ var. Yeni taktikalar heç zaman insan haqları və fundanmental azadlıq standartlarının dəyişməsi üçün bəhanə ola bilməz.

XS
SM
MD
LG