Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi “Günəşli” yatağındakı platformda baş vermiş qəza nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

“Biz ARDNŞ-nin Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı verir və səbr diləyirik”, səfirliyin başsağlığında deyilir.

Bu gün Türkiyə, Rusiya, Qazaxıstan, Belorus və Gürcüstan prezidentləri də “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısı İlham Əliyevə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

XS
SM
MD
LG