Accessibility links

Bəşar Əl-Əsəd Türkiyə mətbuatına müsahibə verib [Video]


Syria Assad
Syria Assad
Suriya prezidenti Bəşar Əl-Əsəd deyir ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyadakı üsyan barədə yalan danışıb. Bu həftənin əvvəli Türk jurnalistlərə açıqlama verən Suriya prezidentinin müsahibəsi dünən yayılıb.

Cənab Əsəd deyib ki, Türkiyə və İordaniya suriyalı yaraqlılara təlim keçməyə icazə verməklə "odla oynayır". O, baş nazir Ərdoğanı Suriyanı məhv etmək üçün İsraillə birgə çalışmaqda ittiham edib və deyib ki, Ankara suriyalıların ölümünə birbaşa yardım edir.

Turkiyə və İordaniya Suriyadan olan yüz minlərlə qaçqına sığınacaq verib.

Bu arada dünən Suriyalı üsyançılar Dəməşq və İordaniya arasındakı əsas avto-magistral üzərindəki hərbi yoxlama məntəqəsini ələ keçirdiyini bildirib.

Üsyançıların komandiri Reuters xəbər agentliyinə bildirib ki, Üm Əl-Mayaten yoxlama məntəqəsi əsas hərbi qarnizonlardandır. Onun sözlərinə görə indi üsyançılar sərhədi ələ keçirəcək və hərbi təchizat yollarını kəsəcək.

XS
SM
MD
LG