Accessibility links

Bəşər Əsəd Türkiyəni terroru dəstəkləməkdə ittiham edib


Suriya prezidenti Bəşər Əsəd qonşu Türkiyəni terrorçuları dəstəkləməkdə və Suriyada zorakılıqları qızışdırmaqda ittiham edir. Türkiyənin Cümhuriyyət qəzeti cənab Əsədə istinadən deyir ki, Türkiyə Suriyanın daxili məsələlərinə qarşımaqda maraqlıdır. Bu gün dərc olunan qəzetdə cənab Əsəd eyni zamanda Türkiyənin baş naziri, Rəcəb Təyyib Ərdoğanı təriqətçiliyi önə çəkməkdə ittiham edir. Türkiyə və Suriya sünnilərin çoxluq təşkil etdiyi ölkələridir. Lakin Bəşər Əsəd və onun yaxın ətrafı şiəliyin bir qanadı olan Ələvi təriqətinə mənsubdur.
XS
SM
MD
LG