Accessibility links

ABŞ-ın Milli Basketbol Assosiasiyasının final oyununda Floridanın “Maimi Heat” komandası keçən il olduğu kimi bu il də çempion titulunu qazanıb.

“San Antonio Spurs” komandası ilə cümə axşamı keçirilən oyun 95-88 hesabı ilə başa çatıb.

Amerika basketbolunun ən parlaq ulduzlarından biri, “Maimi Heat” komandasının oyunçusu Lebron Ceyms oyunda beş dəfə üç xallıq atışla 37 xal toplayıb. “Maimi Heat” komandasının daha bir ulduz oyunçusu Dueyn Veyd aktivinə 26 xal yazıb. Beləliklə, komanda yeddi oyundan dördündə qələbə qazanıb.

Komandanın qələbəsinə əsasən əvəzəedici heyətdə olan Şeyn Battiyer də qısa müddət oyuna çıxaraq, altı dəfə 3 xallıq atışla töhfə verib.

“San Antonio Spurs” komandasının aparıcı oyunçusu Tim Dunkan aktivinə 24 xal yazsa da, oyunun sonuncu dəqiqəsində hesabı bərabərlişdirə biləcək atışa nail ola bilməyib.

Lebron Ceyms final görüşlərində ikinci dəfədir Milli Basketbol Assosiyasının ən yaxşı oyunçusu adını qazanır.
XS
SM
MD
LG