Accessibility links

Qadın basketbolçular Səudiyyə Ərəbistanının imicini dəyişir


Qadın basketbolçular Səudiyyə Ərəbistanının imicini dəyişir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Səudiyyə Ərəbistanının qadın idmançıları idmanın onların həyatında qadın səslərini susduran ənənələrinin ön sırasında yer aldığını deyir. Cəddə şəhərində basketbol qadın komandasının üzvləri qız və qadınları idmanla məşğul olmağa təşviq etdiklərini bildirir.

Yaxın Şərqin ən zəngin ölkələrindən biri olan Səudiyyə Ərəbistanı infrastruktur və müasir rahatlıq kimi bir çox sahələrdə inkişaflar əldə edib.

Krallığın fəalları isə qadın hüquqlarına gəlincə bu ölkənin geridə qaldığını bildirir.

Bu sahil şəhərində qadınların idmanla məşğul olmağa təşviq edilməsi icmalarının ən sakit üzvləri olan qadınların imicinə dair təsəvvürü tam dəyişir.

Lina Əl-Mina Cəddə Birləşmiş İdman Şirkətinin üzvüdür.

“Biz ABŞ, Malayziya, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Riyad da daxil edilməklə Səudiyyə Ərəbistanının bir çox şəhərlərində oynamışıq. Eyni zamanda idmanı yerli və beynəlxalq səviyyədə təbliğ edirik. Bu yolla ölkəmiz haqda yaranmış stereotipi dəyişməyə çalışırıq.”

Əlil qız və oğlanlar üçün idman tədbirlərinin iştirakçıları hüdudları aşmadan sərhədlərin genişləndirilməsinə ehtiyac olduğunu düşünür.

Qadın basketbolçuların oyunları kişi azarkeşlərin iştirakı ilə keçirilmir. Hətta qadınlar örtülü olsa belə bu, nalayiq hesab edilir.

Nur Qari idmançıdır.

“Bu kimi tədbirlər qanunlar və dinə zidd deyil. Örtünmək yalnız insanların inancıdır. Biz idmana və digər işlərə açığıq.”

Oyunçular son illər qadın hüquqları sahəsində irəliləyiş olduğunu da qeyd edir. Lakin qadınlara maşın sürmək hələ də yasaqdır.

Ötən il ilk dəfə Səudiyyə Ərəbistanında qadınlar səsvermədə iştirak edib. Bəzi siyasətçilər və qadın idmançılar qadınların idman tədbirlərinin ictimaiyyət tərəfindən qəbul ediləcəyinə inanır.

Debora Parkvud məşqçidir.

“Burada çox güclü idmançılar var. Qızlar daha çox təlim keçmək, məşqlər etmək istəyir. Ölkələrini dünya miqyasında çempionatlara çıxarmağa çalışır.”

İdmanın sağlamlığa xeyirli olduğunun təbliğatının da təsiri az deyil. Bu, qadınları özləri və uşaqlarının sağlamlığını qorumaq məqsədi ilə idmana cəlb edir.

XS
SM
MD
LG