Accessibility links

Basketbol üzrə Dünya Çempionatının finalında Türkiyə ilə ABŞ komandası qarşılaşacaq


Serbiya ilə gərgin mübarizədən sonra ev sahibi Türkiyə tarixində ilk dəfə finala yüksəlib

Basketbol üzrə Dünya Dünya Çempionatının finalında bu gün ev sahibi Türkiyə ilə ABŞ yığması qarşılaşacaq. Dünən Türkiyə ilə Serbiya arasında gərgin mübarizəni birincilər son blok zərbəsinin sayəsində 83-82 hesabı ilə qazanmağa müvəffəq olub. Bundan öncə isə ABŞ-la Litva yığması arasında keçən yarımfinal oyunu amerikalıların 89-74 hesablı qalibiyyəti ilə başa çatıb. Türkiyə tarixində ilk dəfə olaraq Dünya Çempionatının finalında oynayacaq. 2008-ci ildə Olimpiya Çempionu olan ABŞ komandasında NBA ulduzlarında bir nəfər də olmayıb. Türkiyə ilə ABŞ arasında final oyunu bu gün Bakı vaxtılə saat 11:30-da başlayacaq. Bu gün habelə 3-cü yer uğrunda Serbiya ilə Litva da mübarizə aparacaq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG