Accessibility links

Yeni Hollivud Filmləri: Battle: Los Angeles (VİDEO/AUDIO)


Yeni Hollivud Filmləri: Battle: Los Angeles (VİDEO/AUDIO)
Yeni Hollivud Filmləri: Battle: Los Angeles (VİDEO/AUDIO)

Battle: Los Angeles filminin orijinal səhifəsi http://www.battlela.com/site/

Kalifornianın cənubu ABŞ hərbi dənizçiləri ilə yad planetdən gələnlər arasında mübarizəni əks etdirən yeni elmi fantastik filmlər üçün döyüş meydanıdır.

Əvvəldə Yer Kürəsi odlu meteor yağışına məruz qalır və odlu səma cismləri sahil yaxınlığında dənizə düşürlər. Lakin Yer Kürəsinin hər yerindən xəbərlər gəldikcə daha qorxulu səhnələr yaranır.

Sən demə göydən yerə yağan meteorlar əslində başqa planetdən gələn naməlum gəmilərdir. Kaliforniya sahilində yerləşən hərbi donanma bazasında qoşunlar heç bir zaman təlim keçmədikləri və ya təsəvvür etmədikləri müharibəyə başlayırlar.

Yeni Hollivud Filmləri: Battle: Los Angeles (VİDEO/AUDIO)
Yeni Hollivud Filmləri: Battle: Los Angeles (VİDEO/AUDIO)

`Battle: Los Angeles`bir dəstə hərbi dənizcinin mülki vətəndaşları xilas etmək və qərb sahilində metropolisi texnoloji cəhətdən xeyli inkişaf etmiş gəlmələrdən qorumaq tapşırığını həyata keçirməklə davam edir.

Rejissor Conatan Libesmən hekayədə adsız, sifətsiz səmadan gələn düşmənin ona hərbi qüvvələrin istifadəsinə haqq qazandırmadan müasir müharibə filmi yaratmağa azadlıq verdiyini bildirir.

Conatan Libesmən:`Mənim məqsədim başqa planetdən gələnlərlə müharibə filmi yaratmaq idi. Bu, mənə dünya siyasətinə varmadan müharibə səhnələri yaratmağa imkan verdi. Yəni sual müharibənin yaxşı və ya pis olması idi. Mən sadəcə həyatını təhlükə qarşısında qoyaraq bizi xilas etməyə çalışan cəsur və mərd mübarizəni göstərmək istəyirdim. Bu amillər mənimçün maraqlı idi.`

Los Anceles şəhərində elmi fantastik janrda çəkilən filmlərin uzun tarixçəsi var. Elə bil ki, Hollivud kinematoqrafları Amerikanın ikinci ən böyük şəhərinin dagılması barədə filmləri inanılmaz dərəcədə maraqlı hesab edirlər.

Lakin əslən cənubi afrikalı Libesmən `Battle: Los Angeles` filmində diqqəti daha çox hər bir şəhərdə ola bilən şəhərdaxili, küçə döyüşlərinə üstünlük verib.

İstehzalı səslənsə də `Battle:Los Angeles` filminin əksər hissəsi Luiziana ştatında çəkilib. Buna səbəb bu ştatda vergi rüsumunun aşağı olmasıdır.

XS
SM
MD
LG