Accessibility links

Azərbaycan Batumidə London oteli tikir


Batumi şəhəri
Batumi şəhəri

Oteli Naxçıvan investisiyası ilə “Gəmi Qaya” şirkəti tikir. Tikintiyə 10 milyon dollar ayrılıb

Batumidə Azərbaycan investisiyaları hesabına daha bir beşulduzlu mehmanxana tikiləcək. "London" mehmanxanasının tikintisi rəsmən bu gün başlayıb.
Trend-in məlumatına görə, tikintinin təməlqoyma mərasimində Batuminin meri Robert Çxaidze, Acarıstanın maliyyə naziri Zaur Bolkvadze və Azərbaycanın Naxçıvan şəhərinin meri Vüqar Səfərov iştirak ediblər. Məhz Naxçıvan investisiyaları hesabına, bu yaxınlarda dağıdılan "London" mehmanxanasının yerində yenisi tikiləcək.
Qeyd edək ki, yeni mehmanxana keçmiş "London" mehmanxanasının ərazisində tikiləcək və onun fasadı saxlanılacaq. Mehmanxanada 60 otaq nömrəsi olacaq. Qərara alınıb ki, yeni binanın fasadı üçün köhnə mehmanxanadan qalan daşlardan istifadə olunsun.
İşləri "Gəmi Qaya" şirkəti aparır. İndiki mərhələdə bünövrənin hazırlanması prosesi gedir. Azərbaycan investorları tikintiyə 10 milyon dollar ayırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG