Accessibility links

Bavariyada hücum törədən suriyalı qaçqın psixiatrik müalicə alıb


Almaniya rəsmiləri bildirir ki, Bavariyanın Nuremberq yaxınlığında yerləşən şəhərində intiharçı bomba hücumu törədən və nəticədə bir neçə nəfərin yaralanmasına səbəb olan 27 yaşlı suriyalı qaçqın psixiatrik müalicədən keçib.

Bazar günü Ansbaxd musiqi festivalına daxil olmasına icazə verilməyən hücumçunun özünü partlatması nəticəsində 12 nəfər yaralanıb. Onların üçünün xəsarətləri ciddidir.

Təəssüf ki, bu dəhşətli yeni hücum xalq arasında narahatlığı artıracaq.

Partlayışdan sonra festivaldan 2 min nəfər evakuasiya edilib.

Hücumçunun məqsədi hələ məlum deyil.

Ansbax prokurorluğunun sözçüsü Maykl Şrotberger deyib ki, “hücumun İŞİD-lə bir bağlılığının olub-olmadığı hələ ki, yalnız spekulyasiyadır.”

“Təəssüf ki, bu dəhşətli yeni hücum xalq arasında narahatlığı artıracaq,” deyə regional daxili işlər naziri Hoakim Hermann bildirib.

Rəsmilər deyir ki, hücumçu bundan əvvəl də iki dəfə intihara cəhd göstərib.

Ötən il, onun sığınacaq ərizəsi rədd edilib, ancaq Suriyada döyüşlər davam etdiyi üçün Almaniyada qalmasına icazə verilib.

Ötən il ərzində Almaniyaya bir milyondan çox qaçqın daxil olub. Onların əksəriyyəti Almaniiya və digər Avropa ölkələrində daha yaxşı həyat axtarışında Aralığ Dənizində təhlükəli səfər ediblər.

Ansbax, Almaniya. 25 iyul.
Ansbax, Almaniya. 25 iyul.

Hermann deyib ki, son günlər ərzində qaçqınların həyata keçirdiyi hücumlar “sığınacaq haqqını” təhlükə altına sala bilər.

Bundan əlavə bazar günü suriyalı qaçqın Ştutqart yaxınlığında yerləşən Reutlingen şəhərində pala ilə bir qadını öldürüb, iki nəfəri yaralayıb.

Cümə günü 18 yaşlı iranlı-alman silahlı şəxs Münhendə 9 nəfəri öldürüb.

Ötən bazar ertəsi isə polis Almaniyanın Vuerzburq şəhərində qatarda insanlara balta ilə hücum edib beş nəfəri yaralayan 17 yaşlı əfqan qaçqını güllələyərək öldürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG