Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Çinin hava müdafiə zonası ilə bağlı gərginliyin artdığı bir vaxt Asiyanın üç ölkəsinə səfərinin ilk dayanacağı olan Yaponiyaya gəlib.

Ağ Evin verdiyi məlumata əsasən, Yaponiya, Çin və Cənubi Koreyaya səfərin əsas məqsədi ABŞ-ın Sakit okeanı hövzəsi bölgəsində qüdrətli dövlətlərdən biri olduğunu vurğulamaqla yanaşı, eyni zamanda, Amerikanın regionda iqtisadı maraqlarının müdafiəsi və Vaşinqtonun bölgədə xarici siyasətində balansın bərpası işinə sadiqliyini kimi məsələlərə diqqət çəkməkdən ibarətdir.

Co Bayden çərşənbə günü Pekinə yolda düşməzdən əvvəl Tokioda Baş nazir Şinzo Abe və Yaponiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək.

Ağ Ev vitse-prezident Baydenin Çin prezidenti Tsi Tzinpin və ölkənin digər rəsmiləri ilə ikitərəfəli münasibətlərə dair geniş məsələlər, habelə regional gərginlikləri müzakirə edəcək.

Çin keçən ay Sakit okenında həm Çin, həm də Yaponiyanın iddia etdiyi adalar üzərində hava müdafiə zonasının yaradıldığını elan edib.
Rəsmi Pekin zonanı keçməzdən əvvəl bütün təyyarələrin uçuş planlarını əvvəlcədən elan etməsini tələb edir. Yaponiya bu tələbi yerinə yetirməkdən imtina edir.
XS
SM
MD
LG